← Bütün işlər
SENDA (XDR Agency məhsulu)

SENDA — WhatsApp kampaniya və müştəri ünsiyyəti platforması

607
Avtomatik test
0
Dublikat göndəriş
2
WhatsApp provayderi
Problem

Satış komandaları müştəri ilə WhatsApp-da danışır, amma bütün iş telefonun içində qalır: kontaktlar dağınıq, kampaniyalar əl ilə göndərilir, kimin hansı müştəriyə cavab verdiyi bilinmir, cavabsız qalan söhbət isə sadəcə itir. Komanda böyüdükcə bu proses idarəolunmaz olur.

Strategiya

Kontaktları, kampaniyaları, gələn cavabları və WhatsApp bağlantısının vəziyyətini bir iş sahəsində birləşdirən platforma qurmaq qərara alındı. Əsas prinsip aydın idi: heç bir mesaj təsadüfən iki dəfə getməsin və heç bir müştəri cavabı sahibsiz qalmasın.

İcra

Next.js 16, React 19 və TypeScript «strict» üzərində, PostgreSQL və Docker ilə öz serverimizdə işləyən platforma quruldu. İki WhatsApp kanalı dəstəklənir — qoşulmuş cihaz və rəsmi WhatsApp Business Platform; imkanlar provayderin adına görə deyil, kanalın qabiliyyətinə görə müəyyən olunur, ona görə rəsmi kanalın təsdiqli şablon tələbi interfeysdə özü-özünə tətbiq olunur. Kontaktlar CSV və XLSX faylından yüklənir, axtarış Azərbaycan əlifbası üçün normallaşdırılır. Kampaniya göndərişi Inbox cavab göstəricilərini korlamır; təyinat, real göndərən və müştərinin gözləmə müddəti ayrı-ayrı izlənir. Kampaniya məntiqini 607 avtomatik test qoruyur.

Nəticə

Platforma canlıdır və ilk müştəri real kampaniyalarını SENDA-dan göndərir — nəzarətli ilk buraxılışda 0 dublikat göndəriş qeydə alındı. Komanda kontaktı, kampaniyanı və müştəri cavabını bir yerdən idarə edir.

SENDA — WhatsApp kampaniya və müştəri ünsiyyəti platforması material 1

Sən də belə nəticə istəyirsən?

Layihəyə başla