Birmarket Price Tracker — Merchant satışlarında +500% artım
Birmarket platformasında merchantlar daim dəyişən qiymət və mövqe rəqabətində geri qalırdı. Rəqib qiymətlərini və sıralamanı əl ilə izləmək mümkün deyildi — bu isə birbaşa satış itkisi və aşağı görünürlük demək idi.
Merchant kabinetinə birbaşa qoşulan avtomatlaşdırılmış qiymət izləmə sistemi qurmaq: rəqib qiymət və mövqelərini real vaxtda izləyib merchant-ı həmişə rəqabətli saxlamaq və Azərbaycan bazarında top satışa çıxarmaq.
“Price Tracker” avtomatlaşdırması Birmarket partnyor kabinetlərinə qoşuldu — rəqib qiymət/mövqe monitorinqi, avtomatik tənzimləmə siqnalları və performans paneli. Sistem 35-ə yaxın partnyor üçün tətbiq olundu, o cümlədən Bir Telecom, ElektroHouse, T-Mobile, Ayla Cosmetics, Prime Store, Tronix Pro, Pros Store və Globex.
Tətbiq olunan partnyorların satışları ən azı 500% artdı. Bir Telecom isə Birmarket-də öz kateqoriyasında top 3 satıcıya yüksəldi.