← Bütün işlər
Olivia.az

Olivia Watcher — Avtomatik stok və qiymət sinxronizasiyası

12 800+
İzlənən məhsul
hər 20 dəq
Avtomatik yoxlama
100%
Stok sinxron
Problem

Olivia.az-ın 12 000-dən çox məhsulu Birmarket kabinetində əl ilə yenilənirdi. Bitən məhsullar vaxtında sıfırlanmır, yeni məhsullar isə gec əlavə olunurdu — bu, səhv sifarişlərə və itirilmiş satışa səbəb olurdu.

Strategiya

Birmarket kabinetinə birbaşa qoşulan avtomatlaşdırma qurmaq: olivia.az datasını izləyib bitən məhsulları avtomatik sıfırlamaq, yeni və endirimə düşən məhsulları avtomatik aşkarlamaq və kataloqu daim sinxron saxlamaq.

İcra

“Olivia Watcher” idarəetmə paneli quruldu: 12 800+ məhsulun izlənməsi, hər 20 dəqiqədən bir avtomatik yoxlama, stokdan çıxan / yeni / endirimə düşən məhsulların real vaxtda aşkarlanması, dəyişiklik analitikası və Excel ixracı.

Nəticə

Stok və qiymət sinxronizasiyası tam avtomatlaşdı — əl işi aradan qalxdı, bitən məhsullar dərhal sıfırlanır, yeni məhsullar avtomatik kataloqa düşür. Yalnız son 15 gündə 656 stokdan çıxan və 436 yeni məhsul avtomatik emal olundu.

Olivia Watcher — Avtomatik stok və qiymət sinxronizasiyası asset 1

Sən də belə nəticə istəyirsən?

Layihəyə başla