Bir Telecom — Modern elektronika e-ticarət platforması
Bir Telecom rəqabətli telefon və elektronika bazarında fəaliyyət göstərir, lakin güclü onlayn satış kanalı yox idi. Müştərilər geniş məhsul çeşidini rahat nəzərdən keçirib sifariş verə bilmirdi, brend isə rəqiblərdən fərqlənməkdə çətinlik çəkirdi.
Mobil-öncəlikli, sürətli e-ticarət platforması qurmaq qərara alındı. Diqqət aydın məhsul kateqoriyalarına (smartfonlar, ağıllı saatlar, planşetlər), güclü axtarışa və etibar siqnallarına (rəsmi zəmanət, orijinal məhsul, sürətli çatdırılma) yönəldildi.
Sayt Next.js üzərində performans üçün optimallaşdırıldı: 5000+ məhsulluq kataloq, canlı axtarış, səbət, dark/light rejim və flaqman məhsullar üçün vurğulu hero bölmə. Mobil təcrübə əsas prioritet oldu.
Tam funksional onlayn satış kanalı işə düşdü. Məhsulların tapılması və sifariş prosesi əhəmiyyətli dərəcədə asanlaşdı, bu da onlayn satışların 40% artması ilə nəticələndi.
