← Bütün işlər
XDR LAB

XDR LAB — AI capability brendi və tədris platforması

100
Lighthouse SEO
4
Proqram istiqaməti
10
SEO bloq yazısı
Problem

XDR-in AI capability istiqaməti üçün ayrıca brend və giriş nöqtəsi lazım idi. Bu, nə proqramlaşdırma akademiyası, nə də ümumi AI kursudur — ona görə hazır şablon sayt mesajı daşıya bilmirdi. Eyni zamanda qeydiyyat axını, axtarışdan trafik gətirən bloq və paneldən idarə olunan şəkillər tələb olunurdu.

Strategiya

Məhsulun özünü göstərən sayt qurmaq qərara alındı: hero bölmədə «ideya → qur → yayımla» axını, dörd auditoriya üçün ayrıca proqram səhifəsi (Fərdi, Sahibkar, Korporativ, Kids) və hər biri bir suala cavab verən, axtarışdan gələn trafiki tutan bloq.

İcra

Sayt Next.js 16 və Tailwind v4 üzərində tam statik qurulub; şrift kimi Schibsted Grotesk seçildi, çünki Azərbaycan əlifbasının hərflərini tam dəstəkləyir. Bloq yazılarının mətni koddadır, qapaq şəkilləri isə admin paneldən yüklənir və keş damğası ilə verilir — şəkil dəyişəndə köhnə nüsxə qalmır. Struktur data tam qurulub: EducationalOrganization, BlogPosting, FAQPage və BreadcrumbList. Sayt öz serverimizdə pm2 və Nginx arxasında, Let's Encrypt sertifikatı və gündəlik baza backup-ı ilə işləyir.

Nəticə

XDR LAB lab.xdragency.az ünvanında canlıdır: dörd proqram istiqaməti, qeydiyyat axını və axtarışdan trafik toplayan 10 SEO yazısı ilə tam brend saytı.

XDR LAB — AI capability brendi və tədris platforması material 1

Sən də belə nəticə istəyirsən?

Layihəyə başla